“Klon”un “Hade”si haqda bilmədiklərimiz – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |    

“Klon”un “Hade”si haqda bilmədiklərimiz – FOTO

Hamımızın “Klon” serialından “Hade” deyə tanıdığı braziliyalı aktrisa haqda xeyli mif eşitmişik. Bəs aktrisa indi nə edir? Serialdakı obrazı ilə həyatı nə qədər üst-üstə düşüb?

Median.Az
Ciovanna Antonelli barədə bilmədiklərinizi təqdim edir.

Ciovanna Antonelli 1976-cı ildə Rio De Janeyroda anadan olub. O, kariyerasına 15 yaşında – 1991-ci ildə “Clube da Criança” proqramında assistent olaraq başlayıb.



Daha sonra seriallarda müxtəlif obrazlar canlandıran aktrisa ilk uğurunu 2000-ci ildə çəkildiyi “Laçoslar ailəsi” serialında qazanıb. O, ifa etdiyi rola görə beş mükafatlandırma mərasimində “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. 



Aktrisaya ən böyük uğuru isə “Klon” serialı gətirib.O, 2001-ci ildə çəkilişləri başlayan serialdakı obrazına görə səkkiz mükafat qazanıb.



Sənətçinin bu illərdə eşq həyatı da boş keçməyib. O, Rikardo Medina ilə 2000-ci ilin sentyabr ayında evlənib.



Ancaq onların bu sevgisi 2002-ci ildə sona yetib. Cütlük həmin ilin fevral ayında ayrılıb.



Ciovanna ürəyini 2002-ci ildə “Klon”un “Lukas”ı, aktyor Murilio Benesioya verir. Onların üç il davam edən münasibətlərindən isə 2005-ci ilin mayında bir oğlu dünyaya gəlir.



Elə həmin ilin noyabr ayında isə “Lukas” və “Hade” münasibətlərinə son qoyur.



Bu ayrılıqdan sonra Ciovannanın adı məşhur iş adamı Aleksandr Assioli ilə hallanır.

Onun bu münasibəti qısa çəkir və 2005-ci ildə aktrisa amerikalı iş adamı Robert Lokaskio ilə nişanlanır. Lakin Ciovanna bu münasibətdən də üzüağ çıxmır. Onlar dörd ay sonra ayrılırlar.

2007-ci ildə daha bir biznesmen Artur Fernandes ilə sevgili olan sənətçi onunla 2009-c ildə münasibətini sonlandırır.



Eyni ildə rejissor Leonardo Noquera ilə evlənən aktrisa 2010-cu ilin oktyabr ayında əkiz qız anası olur. Antonia və Sofia hər iki valideynin soyadını götürüb.



Cütlük hazırda nikahlarını davam etdirirlər.





Ciovannanın Murilio Benesiodan (“Lukas”) dünyaya gələn oğlu isə hər iki valideyni ilə yaşayır və onlarla vaxt keçirir.



Qeyd edək ki, Murilio Benesio Ciovannadan ayrılandan sonra “Klon” serialında “Mel” obrazını canlandıran Melissa Ferraz ilə ailə qurub.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            20 097 12.05.18 17:24