“WhatsApp” bu funksiyasını yenilədi » Median.Az News Agency

“WhatsApp” bu funksiyasını yenilədi
“WhatsApp” messencerinin tərtibatçıları məlumatların silinməsi funksiyasını müasirləşdiriblər.

Median.az İKT.lent.az-a istinadən xəbər verir ki, bundan sonra istifadəçilər göndərilən məlumatları 1 saat 8 dəqiqə ərzində digər kənar cihazlardan da silə biləcəklər.

Bundan əvvəl “WhatsApp”da məlumatları göndərildikdən sonra 8 dəqiqə yarımdan gec silmək mümkün deyildi. Ancaq akkaunt sahibləri bu qaydada da müəyyən yol tapıblar. İstənilən göndərilən məlumatı silmək üçün smartfonu oflayn rejimə keçirmək və ya haker proqramlardan istifadə etmək kifayətdir.

Yeni “WhatsApp” messencerinin beta versiyasını artıq yükləmək mümkündür.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




642 12.03.18 20:37