Azərbaycanda özbəkistanlı və qırğızıstanlı qadınlar tutulub » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |    

Azərbaycanda özbəkistanlı və qırğızıstanlı qadınlar tutulub

Son günlər Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində iki halda Orta Asiya ölkələrinin vətəndaşları olan altı qanunsuz miqrantın dövlət sərhədini pozmaqla, İran ərazisinə keçmək cəhdinin, bir halda isə külli miqdarda alkoqol məhsullarının dəniz vasitəsilə ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

DSX-nın Mətbuat Mərkəzindən oxu.az-a verilən məlumata görə, fevralın 17-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidməti ərazisində yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunub, dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində beş nəfər sərhəd pozucusu saxlanılıb.

Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilib, onlardan dörd nəfər qadının Özbəkistan vətəndaşı, bir nəfərin isə onlara bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilib.

Həmin gün Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bir Özbəkistan və bir Qırğızıstan vətəndaşı olan qadınlar saxlanılıb.

Fevralın 16-sı və 17-də DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamə­tində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarıl­ması üçün hazırlanaraq sahildən 150 metr məsafədə su sət­hin­də və kolluqlarda 39 qutuda 470 ədəd əksəriy­yəti bir litrlik şüşə qablarda alko­qol içkiləri aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 775 20.02.18 12:27