ABŞ-da şagirdlərin güllələnməsi lentə alındı – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |    

ABŞ-da şagirdlərin güllələnməsi lentə alındı – VİDEO

ABŞ-da yeniyetmələr Floridada orta məktəbdə 17 nəfərin ölümü, azı 14 nəfərin yaralanması ilə nəticələnmiş atışmanın görünütüsünü lentə alıb.

Videoçarx “CBS News” telekanalının canlı efirində yayımlanıb.

Kadrlarda sinifdə döşəmədə əyləşən uşaqları görmək olur. Atışma səsləri gəldikdən sonra təşviş düşür, uşaqlar qışqırmağa başlayır.

Şübhəli şəxs saxlanılıb, onun əvvəllər həmin məktəbdə oxuduğu bildirilir. Polis artıq atıcının adını açıqlayıb – Nikolas Kruz.

O, fevralın 14-də təhsil ocağına silahlı hücum edib. Şahidlərin dediyinə görə, o, əvvəl yanğın həyəcan siqnalizasiyasını işə salıb, ara qarışdıqdan sonra kortəbii şəkildə atəş açmağa başlayıb.

Atıcını tanıyan məktəblilərin sözlərinə görə, o, “qəribə uşaq”, bəzilərinin dediyinə görə isə ruhi xəstə olub. “Bir neçə il əvvəl onunla bir layihə üzərində çalışırdım, ona bel çantası ilə məktəbə daxil olmağa icazə vermirdilər. O, uşaqlara hədə-qorxu gəlirdi, sonra onu məktəbdən qovdular”, – deyə atıcının tanışlarından biri bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 826 15.02.18 12:30