“Azəri Qardaşları” Rusiyada dünya rekordu qırdılar – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |    

“Azəri Qardaşları” Rusiyada dünya rekordu qırdılar – FOTO

Rusiyanın “Birinci” kanalında efirə gedən “Ya moqu!” yarışmasında çıxış edən “Azeri Brazers” (“Azəri Qardaşları”) yenə münsiflər heyətini və tamaşaçıları təəccübləndirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qardaşlardan Hüseyn Pəhləvanoğlu boğazının üstünə qoyulmuş beldə çəkisi 60 kq-dan çox olan adamı 10 saniyədən çox saxlayıb.

Daha sonra o, iki mismarın üzərinə uzanıb və qarın boşluğuna qoyulan yabanın üzərinə çıxan 100 kiloluq adamı 30 saniyə saxlayıb.

Digər qardaş Laçın Pəhləvanoğlu isə kəsici iti baltanın üzərinə üzüaşağı – boğazı üstə uzanıb. Öz çəkisi 85 kq olan Laçının eyni vaxtda boyun hissəsinə iki ağır daş qoyulub. Ümumi çəkisi 114 kq olan yükü boynunda beş saniyə saxladıqdan sonra iki zərbə ilə qırıblar.

Ümumilikdə onlar 10 nömrə nümayiş etdiriblər. Lakin bu nömrələr təhlükəli olduğundan hamısının efirə gedəcəyi gözlənilmir. Lakin göstərilən nömrələr üzrə azərbaycanlı pəhləvanlar dünya rekordu qırıblar.

Bunun nəticəsində onlara Rusiya Rekordlar Federasiyası tərəfindən sertifikat və təxminən 10 min manat məbləğində pul mükafatı təqdim olunub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 009 14.02.18 13:46