““McDonalds”ın tərkibində zərərli maddələr aşkarlanıb” - Həkim xəbərdarlığı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

““McDonalds”ın tərkibində zərərli maddələr aşkarlanıb” - Həkim xəbərdarlığı

Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov "fastfood” hazırlayan "McDonalds” və "KFC”məhsullarının orqanizm üçün zərərli olduğunu bildirib.

Median.Az
xəbər verir ki, həkim modern.az-a müsahibəsində deyib ki, "fastfood" yeməkləri konkret olaraq zəhərdir, hətta genetik silahdır:

"Hətta elə ailələr var ki, uşaqlarının şıltaqlığının ardınca gedərək, "McDonalds”da oturub çipsi yeməyi özlərinə istirahət sayırlar. Aydındır ki, o dəyərdə, özü də Amerikadan bura gətirilmiş qida heç yemək deyil. Hətta sintetik məlzəmələr belə, hansısa bir paltar ondan qat-qat baha başa gəlir. Bütün məhsullar Gigiyena və Epidemologiya Mərkəzindən sertifikat almalıdır. "McDonalds”dakı qidaların heç biri qida məhsulu kimi rəy ala bilməyib. Hətta onların bir çoxunun tərkibində zərərli maddələr aşkarlanıb.

"McDonalds” bir nümunədir, əslində bütün "KFC”lərdə vəziyyət bu cürdür. Biri bir az ucuzdur, digəri bir az bahadır, amma nəticə etibarilə hamısı orqanizm üçün zərərlidir. "KFC”lərdə insanları nə ilə isə cəlb etməyə çalışırlar. Yalnız toyuq qanadı, toyuq budu, toyuq döşü və s. təklif edilir. Amma onların hamısı broyler toyuqlarının dərmanlar toplanmış qanadları, budları və s.dir. Adi, evimizə aldığımız "doktorskaya kolbalas”ları götürək. Kiloqramı neçəyə düşür? 4-5 manata. Maraqlıdır, hansı ətdən istifadə edirlər ki, bu kolbasalar 4-5 manata satılır? Südlü kolbasalar, sosiskalar da onun kimi. Mən hələ demirəm ki, istifadə etdiyimiz yağlar sağlam yağlar deyil. Çoxusu deyir ki, yeməkləri qarğıdalı, günəbaxan yağında bişirir. Əslində mağazalarda satılan günəbaxan yağının ən keyfiyyətlisinin 1 litri 6 manatadır. Maksimum İtaliya istehsalı olan günəbaxan yağlarıdır ki, 9 manata satılır. Neçə kiloqram günəbaxan tumu sıxmaq lazımdır ki, 1 litr yağ alınsın? Əminliklə deyirəm ki, bitki yağlarının çoxunun tərkibi sintetik yağlardır. Əvvəl "Teksun”, "Sana”nın adı çəkilirdi. Bunlar da həmin şeylərdir. Əslində dədə-baba qaydasında hazırlanan kərə yağı hamısından ləzzətli və keyfiyyətlidir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 222 14.02.18 13:24