“Azəriqaz”dan qaz təchizatı ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |     20:00 Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq  |     19:53 Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb  |     19:47 Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2 dəfə azalıb  |     19:39 Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır  |     19:33 Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 % artıb  |     19:26 ABŞ kəşfiyyatının rəhbərinin İsrailə səfər edəcəyi gözlənilir  |     19:14 Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb  |     19:05 Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış  |     19:04 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək  |     18:49 Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?  |     18:37 Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu  |     18:24 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:14 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:01 Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı  |     17:45 Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”  |     17:37 "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı  |     17:30 AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı  |     17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |    

“Azəriqaz”dan qaz təchizatı ilə bağlı AÇIQLAMA

“Qaz təchizatının fasiləsiz həyata keçirilməsi nəzarətdə saxlanılır”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Dünəndən etibarən ölkədə hava şəraitinin kəskin şəkildə dəyişməsi və xüsusən də dağlıq rayonlarda şaxtalı havanın müşahidə olunması ilə bağlı bildirilib ki, “Azəriqaz” İB heç yerdə qaz təchizatında kəsilmələrin olmamasına çalışır:

“Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gəlib. Ümumilikdə, şəbəkəyə qəbul olunan qazın həcmində də artım var. Təkcə fevral ayının 17-də əhali abonentləri üzrə 32 milyon kubmetrə yaxın qaz qəbulu olub.

Ötən ilin eyni günü ilə müqayisədə artım 2,6 milyon kubmetrə bərabərdir. Deməli, tələbat var və bu da sonda sərfiyyatın artımı anlamına gəlir. Abonentlərimizi əvvəlcədən məlumatlandırmaq borcumuzdur”.

Qeyd edilib ki, qaz təchizatında hər hansı problemlə üzləşən abonentlər 104/185 saylı Çağrı Mərkəzinə, (+994 77) 3 104 104 saylı “Whatsapp” nömrəsinə, birliyin rəsmi “Facebook” səhifəsinə yaza bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 275 18.02.21 13:32