“Eurovision”da Azərbaycan nümayəndə heyətinin rəhbəri məlum oldu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |     11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |    

“Eurovision”da Azərbaycan nümayəndə heyətinin rəhbəri məlum oldu - FOTO

“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə nümayəndə heyəti müsabiqəyə İsa Məlikovun rəhbərliyi altında qatılacaq.

İsa Məlikov daha əvvəl “Eurovision 2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək 3-cü yerdə qərarlaşan Aysel və Araşın müsabiqəyə hazırlıq mərhələsində iştirak edib.

O, həmçinin, 2012-ci ildə Danimarkanın “Eurovision” üçün seçim turunun və Qazaxıstanın “Eurovision 2020” uşaq mahnı müsabiqəsinin münsiflər heyətinin üzvü olub.

İ.Məlikov “Eurovision 2020”də Azərbaycan təmsilçisi Efendini müsabiqəyə hazırlaşdıran komandaya da rəhbərlik edib.

Qeyd edək ki, pandemiya səbəbi ilə təxirə salınan “Eurovision 2020” mahnı müsabiqəsində Azərbaycanı “Kleopatra” mahnısı ilə Samirə Efendi təmsil etməli idi.

Təşkilatçıların təxirə saldığı beynəlxalq mahnı müsabiqəsinin gələn ilki turunda, yəni “Eurovision 2021” mahnı şousunda Azərbaycanı təmsil etmək üçün Efendi səhnəyə çıxacaq.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 609 18.08.20 16:18