Kolumbiya Respublikası Azərbaycana ilk səfirini təyin edib.
Bu barədə Report diplomatik mənbəyə istinadən xəbər verir.
Bildirilir ki, səfir Luis Antonio Dimante Kardenas gələn ay Bakıya gələcək.
Xatırladaq ki, indiyədək Kolumbiyanın Azərbaycandakı missiyasına müvəqqəti işlər vəkili Marta Qalindo Penya rəhbərlik edib.