Mehriban Əliyeva zəlzələ ilə bağlı tapşırıq verdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |    

Mehriban Əliyeva zəlzələ ilə bağlı tapşırıq verdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin qısa zamanda həll edilməsinə səy göstərəcək.

Bu barədə Heydər Əliyev Fondundan verilən məlumatda bildirilir.

Məlumata əsasən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri gün ərzində zəlzələdən zərər çəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zərərçəkmiş sakinlərlə görüşən RİİB nümayəndələri ərazilərə baxış keçirib. Toplanmış məlumatlar Fondun rəhbərliyinə məruzə edilib.

Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin həllində qarşıdakı günlərdə də dövlət qurumları ilə birlikdə sıx işləyərək sakinlərin məskunlaşması və rahatlıqlarının qısa zamanda təmin edilməsinə səy göstərəcək.

Eyni zamanda təbii fəlakət nəticəsində evlərini tərk etməyə məcbur qalan vətəndaşlarla daim əlaqədə olaraq onların qayğılarının aradan qaldırılması istiqamətində işlər aparılacaq.//publika.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 736 06.02.19 23:33