Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |     19:02 Bazar günü Bakıda yağış yağacaq  |     18:55 Fransa klubunun sabiq futbolçusu vəfat edib  |     18:48 KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır  |     18:39 Britaniyada polis idarəsinin yaxınlığında marixuana fabriki aşkarlanıb  |     18:31 Bakıda əcnəbi vətəndaşı avtomobil vurub  |    

Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılır

Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Bildirilir ki, Mərkəzin yaradılmasında məqsəd xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaqdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.

Fərmanda Prezident Administrasiyasına Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Həmçinin Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə də müvafiq tapşırıqlar verilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 769 06.02.19 19:11