ABŞ ştatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi - FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |     22:29 Türkiyə gələn il üçün müdafiə sənayesinə rekord məbləğdə vəsait ayırır  |     22:22 Neftçalada motosiklet kanala düşüb, ölən var  |    

ABŞ ştatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi - FOTO + VİDEO

ABŞ-ın Arizona Ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyannamə qəbul edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan oxu.az-a verilən xəbərə görə, sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana (John Kavanagh) tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul olunub.

Bəyannaməni Senat sədri və müavini Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edib.

Senat sədri Stiv Yarbrounun (Steve Yarbrough) imzaladığı bəyannamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də, dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.

Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də, ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir.

Bəyannamədə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Bəyannamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir.

Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.

Sənəddə qeyd olunur ki, Los-Ancelesdəki Baş Konsulluq vasitəsilə Azərbaycan Arizona ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda Arizona Ştat Senatı tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunur.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 673 16.04.18 12:28