Bu metro stansiyanın tikintisi dayandırılıb - Pula görə... » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Devid Bekhem Rusiyada öz ticarət nişanını qeydiyyatdan keçirdi  |     22:57 Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər  |     22:52 Bakıda 16 dəfə xəbərdalıq edilən taksi sürücü 17-cı dəfə saxılanıldı - Həbs olundu  |     22:45 Bu il idman yarışları və beynəlxalq turnirlər, “Zəfər yürüşü” tədbirləri təşkil ediləcək  |     22:40 İçki iyinə görə avtobusdan düşməsi tələb edildi, şüşəni sındırdı - Məhkəmə qərarı  |     22:34 Ukraynanın Kurskda yeni uğurlu hücumunun necə keçdiyi açıqlandı (VİDEO)  |     22:29 Son zamanlar Azərbaycanda yayılan xəstəliklərin adları açıqlandı  |     22:29 “turbo.az”ın sahibi "Hepsiburada"nın İdarə heyətinin sədri seçilib  |     22:25 “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi - Yenilənib  |     22:23 Yeni "Facebook" gəlir? - 30 yaşlı sahibkar 700 min dollara yaxın investisiya topladı  |     22:16 AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzaladı  |     22:11 Bakıda plana düşən binalar 8 ildir niyə sökülmür? - VİDEO  |     22:04 Dövlətin pulsuz verdiyi dərmanlar xəstələrə paylanmır? - Video  |     21:58 Bu şirkətlərə cinayət işi açıldı  |     21:52 32 ildir dərsə qayıqla gedib-gəlir  |     21:47 Sumqayıtda avtobus sürücüsü döyüldü  |     21:39 Planetlərin ikinci “böyük paradı” olacaq  |     21:33 Şəmkirdə məktəb təmirdən sonra istifadəyə verildi  |     21:26 Bibərin faydaları nələrdir?  |     21:21 Burak Özçivit Kremldə çıxış etdi - Video  |    

Bu metro stansiyanın tikintisi dayandırılıb - Pula görə...

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı "B-4" olan metro stansiyasının tikintisi dayandırılıb.

Bunu tns.az-a müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada tikinti işləri müəyyən müddətə dayandırılıb: "Bu, vəsait çatışmazlığı ilə bağlıdır. Amma bu o demək deyil ki, tikinti davam etdirilməyəcək. Stansiyanın inşasının əsas ağır mərhələsi geridə qalıb. 4 mərhələli inşaatın bütün mərhələləri üzrə qazıntı başa çatdırılıb, inşaatın tamamlanması adlandırılan işlərə başlanılıb, mərnər üzlük - qranit vurulmasına hazırlıq görülüb, dizayn mərhələsi həll edilir, stansiyada infrastrukturun qurulması üçün hazırlıq da var".

Qurum sözçüsü qeyd edib ki, stansiyanı "8 Noyabr"a birləşdirən hər iki yol infrastrukturu, yəni onun dəmir-beton yol hissəsi, relsləri qurulub: "Qatarların hərəkətini təmin edən elektrik sistemi və təmas relslərinin qurulması işləri görülməlidir. Stansiyada digər işlərin də hazırlığı görülüb. Məsələn, eskalatorlar və havalandırma ventilyatorları da gətirilib".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            486 20.12.24 17:05