Aprelin 5-də Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Azərbaycanın Birinci vitse-prezidenti mərasimdə çıxış etdi.
Sonra Azərbaycanın "Ekspo-2025" Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı videoçarx nümayiş olundu.
Mərasim konsert proqramı ilə davam etdi.