Azərbaycan və Qırğızıstan COP29-da enerji əməkdaşlığı üzrə "yol xəritəsi" imzalayacaqlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |     21:40 Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb  |     21:36 Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO  |     21:30 Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq  |     21:24 Rüfət Səfərov saxlanıldı  |     20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |    

Azərbaycan və Qırğızıstan COP29-da enerji əməkdaşlığı üzrə "yol xəritəsi" imzalayacaqlar

Azərbaycan və Qırğızıstan noyabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində energetika sahəsində əməkdaşlığa dair "yol xəritəsi" imzalayacaqlar.

Bu barədə "Report"a müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.

"Hesab edirəm ki, COP29 bizi, yəni iki ölkənin energetika nazirlikləri arasındakı münasibətləri yaxınlaşdırıb. Ümid edirəm ki, bu işi sıx təmasda davam etdirəcəyik", - deyə T.İbrayev qeyd edib.

O xatırladıb ki, Azərbaycan Energetika Nazirliyi ilə Qırğızıstan Energetika Nazirliyi arasında daha əvvəl əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb:

"Bu fürsətdən istifadə edərək noyabrın 15-də iki ölkənin energetika nazirlikləri arasında "yol xəritəsi" imzalamağı planlaşdırırıq. Bizim ortaq maraqlarımız var. Azərbaycan tərəfinin su, külək və günəş stansiyalarının tikintisinə, Qırğızıstanın isə avadanlıq tədarükünə marağı var".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            207 13.11.24 11:52