Mojo.az Banner
22:45 Tofiq Musayevə yüksək vəzifə verildi  |     22:03 Ermənistanda azərbaycandilli kanal bağlandı (Video)  |     21:42 Astarada anasını döyən oğul həbs olundu  |     21:35 Tulin Ələkbərova həbs edildi  |     21:11 Beyləqanda ağır qəza - 1 nəfər öldü, 2 nəfər yaralandı  |     20:57 Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?  |     20:47 Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? (VİDEO)  |     20:14 Bakıda təmir zamanı tarixi abidəyə zərər vuruldu, yağış suyu evlərə doldu  |     19:49 "Qarabağ" - "Ayaks" oyunu İTV-də yayımlanacaq  |     19:42 Gecəyarı evə girib qadını öpdü, süpürgə ilə döyüldü, elektron qolbaq taxıldı  |     18:22 Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər  |     18:05 Tarixi qaranlıq yaxınlaşır: Dünya bunu 6 dəqiqə izləyə biləcək  |     17:54 Mərkəzi Banka yeni səlahiyyət verildi  |     17:53 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     17:38 Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI (FOTO)  |     17:26 Oğurladığı mopedi 485 manata satan şəxs ƏLƏ KEÇDİ  |     17:20 Hikmət Hacıyev və Armen Qriqoryan Doha forumu çərçivəsində bir araya gəldilər (FOTO)  |     17:16 Türkiyədə saxlanılan tanınmış televiziya aparıcılarından ikisi azadlığa buraxılıb  |     17:14 Bakıda avtomobildən 6500 manat oğurlayan şəxsi polis saxladı  |     17:12 Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Azərbaycan, Ermənistan və Rusiyanın kommunikasiyaların açılması üzrə komissiyasında konsensus yoxdur

21.10.2024 15:57 879
Azərbaycan, Ermənistan və Rusiyanın kommunikasiyaların açılması üzrə komissiyasında konsensus yoxdur
"Azərbaycan, Ermənistan və Rusiyanın regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyası iclaslarını konsensus olmayan məsələlər səbəbindən davam etdirmir".

Bunu Ermənistan parlamentində brifinqdə baş nazirin müavini Mqer Qriqoryan bildirib.

"Xeyr, iclaslar davam etmir. Bilirsiniz ki, razılaşdırılmalı fundamental məsələlər var. Konsensus olmayınca detalları müzakirə etmək mənasızdır", - deyə o, jurnalistin müvafiq sualına cavab verib.

Üçtərəfli komissiya 2021-ci ilin əvvəlində Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə yaradılıb. Onlar regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına diqqət yetirəcək üç ölkənin baş nazir müavinləri səviyyəsində işçi qrupu yaratmaq qərarına gəliblər.

Regional kommunikasiyaların ən vacib məsələsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında Ermənistanın Sünik vilayəti vasitəsilə əlaqənin yaradılması olaraq qalır. Ermənistan tərəfi bildirir ki, bu yalnız Ermənistanın daxili qanunvericiliyinə uyğun olaraq baş verə bilər.скачать dle 11.3