Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bakı Metropoliteni" bəzi xidmətlərin ixtisaslaşmış şirkətlərə verildiyini açıqlayıb

02.12.2025 20:45 486
"Bakı Metropoliteni" QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Median.Az QSC-yə istinadən xəbər verir.

Qeyd olunub ki, metropolitendə aparılan səmərəlilik qiymətləndirmələri nəticəsində əsas əməliyyat proseslərinə aid olmayan bəzi xidmətlərin, xüsusilə təmizlik və yaşıllaşdırma işlərinin, bu sahədə ixtisaslaşmış xarici təşkilatlar tərəfindən daha effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib.

Bu səbəbdən əməliyyat səmərəliliyinin artırılması, resursların birbaşa sərnişindaşımanın təhlükəsizliyinə və əsas istehsalat proseslərinə yönəldilməsi məqsədilə həmin xidmətlərin ixtisaslaşmış şirkətlər tərəfindən göstərilməsi barədə qərar qəbul olunub.

Qurum bildirir ki, bu sahələrdəki fəaliyyətin dayandırılmasından sonra əməkdaşların hüquqlarının və əmək münasibətlərinin davamlılığının təmin edilməsi üçün bir sıra tədbirlər görülür.

"Bununla bağlı işçilərə seçimlər təklif olunur. Onlara xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin olunmaq, "Bakı Metropoliteni"də mövcud digər vakansiyalar üzrə uyğun alternativ iş, qanunvericiliyə uyğun olaraq müvafiq kompensasiya və müavinətlərin ödənilməsi təklif olunur", - məlumatda deyilir.

"Bakı Metropoliteni" bütün proseslərin şəffaflıq, sosial məsuliyyət və əməkdaşların hüquqlarının qorunması prinsiplərinə tam uyğun şəkildə aparıldığını vurğulayır.

Son xəbərlər