Sinqapur Tədqiqat İnstitutu və BƏƏ səfirliyi COP29 üzrə onlayn vebinar keçirəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |     22:29 Türkiyə gələn il üçün müdafiə sənayesinə rekord məbləğdə vəsait ayırır  |     22:22 Neftçalada motosiklet kanala düşüb, ölən var  |     22:17 Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır  |     22:13 “Euronews”da Naxçıvanın qış turizmi tanıdılıb - FOTO  |    

Sinqapur Tədqiqat İnstitutu və BƏƏ səfirliyi COP29 üzrə onlayn vebinar keçirəcək

Sinqapur Milli Universiteti yanında Yaxın Şərq Tədqiqat İnstitutu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu ölkədəki səfirliyi ilə birgə oktyabrın 22-də “BƏƏ-dən Azərbaycana: COP29-un gözləntiləri və çağırışları” adlı onlayn vebinar keçirəcək.

Vebinar noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində keçirilir.

Tədbirdə 2023-cü ildə Dubayda baş tutan COP28-in əsas nəticələri, COP29 üçün gözləntilər, iqlim maliyyəsi və qalıq yanacaqdan imtina ilə bağlı konsensusun əldə edilməsi imkanları müzakirə olunacaq.

Vebinarın məruzəçilərinə Sinqapur Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi Piter Qovindasami, COP28 komitəsinin nümayəndəsi Tureyya Alali və Sinqapur Milli Universiteti yanında Yaxın Şərq Tədqiqat İnstitutunun əməkdaşı (moderator) Ayşa Al-Sarihi daxildir.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            285 14.10.24 19:49