Korotçenko: "Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələrdəndir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:00 Həkim Yeni il günü spirtli içki qəbul etmə qaydalarından danışdı  |     20:50 Paşinyan nazirliklərin xidməti avtomobillərinin sayını azaldır  |     20:31 DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib  |     20:30 Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar  |     19:34 "Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib  |     19:17 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır  |     18:57 Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur  |     18:47 Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb  |     18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |     16:26 Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib  |     16:05 Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb  |    

Korotçenko: "Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələrdəndir"

"Qarşıdan gələn COP29 iqlim sammiti Azərbaycanın nüfuzunun göstəricisidir".

"Report" xəbər verir ki, bu barədə Moskvada jurnalistlərə açıqlmasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib.

"Bu gün Azərbaycana ümumi nəzər salsaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə qlobal beynəlxalq gündəliyi formalaşdırır. Qarşıdan gələn COP29 iqlim sammiti də Azərbaycanın nüfuzunun göstəricisidir. Onun dedikləri və həyata keçirdikləri tam üst-üstə düşür və bu, müasir dünyanın böyük hissəsindən reaksiya görür", - o deyib.

Korotçenko əlavə edib ki, Azərbaycan ərazi baxımından nisbətən kiçik ölkə olsa da, İkinci Qarabağ müharibəsində qazanılan qələbə və 2023-cü ildəki lokal antiterror tədbirləri zamanı öz suverenliyinin bərpası, eləcə də genişmiqyaslı qlobal enerji layihələrinin həyata keçirilməsi sayəsində bu gün ölkə qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən dövlətlər sırasındadır.

"Azərbaycan Rusiyanın strateji tərəfdaşı səviyyəsinə yüksəlib. Birincisi, ölkə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, inamla inkişaf edir, irəliləyir. Ən əsası isə iki ölkənin prezidentləri Vladimir Putin və İlham Əliyev arasında etimad, dürüstlük və etibarlılıq var. Prezidentlər, həm də dövlətlər bir-birinə güvənə bilərlər", - o bildirib.

Korotçenko qeyd edib ki, güclü dövlətlərin bəzən manipulyasiya etməyə, digər suveren dövlətlərə təzyiq göstərməyə və "ipləri əlinə almağa" çalışdığı müasir şəraitdə Azərbaycan və Rusiya öz maraqlarını qətiyyətlə müdafiə edir.

"Rusiya və Azərbaycan o ölkələrdəndir ki, onlara təzyiq və manipulyasiya etmək mümkün deyil. Biz özümüzü təmin edirik və bu, ən vacib keyfiyyətdir. Özünü təmin etmək, ilk növbədə, siyasi sistemin, iqtisadiyyatın, maliyyənin sabitliyinə əsaslanır, amma ən əsası hər zaman və hər yerdə milli maraqların qorunmasıdır. Ona görə də prezidentlərimiz öz fəaliyyətlərində milli maraqların müdafiəsini ön planda tutan siyasətçilərdir. Bunun sayəsində hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin parlaq gələcəyi var. Biz bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək və gücləndirəcəyik", - o vurğulayıb.

Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru Azərbaycanın İkinci Dünya müharibəsində Qələbəyə böyük töhfə verdiyini qeyd edib.

"Azərbaycan Böyük Vətən Müharibəsi veteranlarını və qəhrəmanlarını unutmur, onların xatirəsini yad edir, ehtiram bəsləyir. Bakıda mövcud olan, üzərinə əklillər və güllər düzülən abidələr buna misaldır. Azərbaycan İkinci Dünya Müharibəsində qələbəyə böyük töhfə verib. İlk növbədə, təbii ki, bu, neftdir, çünki neft müharibənin qanıdır. Eyni zamanda, Azərbaycan alimlərinin icad etdiyi "Molotov kokteyli"ni, Sovet ordusunda döyüşən, Berlinə çatan və bütün mühüm döyüşlərdə iştirak edən yüzminlərlə azərbaycanlı əsgər və zabiti də unutmaq olmaz", - o deyib.

Korotçenko xatırladıb ki, qələbənin 80 illiyi Rusiyada geniş şəkildə qeyd olunacaq.

"Şadıq və minnətdarıq ki, Azərbaycan bu anım tədbirlərini bölüşür, xatırlayır və orada iştirak edəcək. Biz buna görə əlbəttə ki, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Unutmayaq ki, onun atası, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz peşəkarlığı ilə bu gün də Rusiyada xüsusi xidmət orqanlarının zabit və generalları arasında böyük hörmətə malikdir. Sovet İttifaqı dövründə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat və əks-kəşfiyyat sahəsində əldə etdiyi möhtəşəm nəticələri də xatırlayırıq", - o əlavə edib.

Korotçenko həmçinin qeyd edib ki, MDB formatında regional ittifaqlar gücləndirilir.

"Bizi keçmişdə və bu gün birləşdirən cəhətlər insani əlaqələr, iqtisadiyyat və ən əsası, bir-birimizə necə və harada kömək edə biləcəyimizi, bir-birimizi necə gücləndirə biləcəyimizi anlamağımızdır. Bu mənada hesab edirəm ki, qarşıdakı sammit uğurlu olacaq və Azərbaycan, həmişə olduğu kimi, sammitə təkcə müsbət yox, həm də əsas töhfələrindən birini verəcək. Ona görə də, əlbəttə ki, Rusiyanın böyük dostu, zəmanəmizin görkəmli dövlət siyasi xadimi, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini alqışlayırıq və tam əminik ki, həm çoxtərəfli, həm də ikitərəfli formatda danışıqlar, şübhəsiz ki, uğurlu olacaq", - deyə o fikrini tamamlayıb.

Korotçenko vurğulayıb ki, Qərb Cənubi Qafqaz regionunda sülhün qarşısını almaq üçün Ermənistanı dəstəkləyir.

"ABŞ və Fransanın Ermənistana hərbi və hərbi-texniki dəstəyinə gəlincə, onlar öz milli maraqlarını müdafiə edirlər. Vaşinqton, Paris və Brüsselə sakit, dinc vəziyyətdə, sülh şəraitində olan Cənubi Qafqaz lazım deyil. Onlar Azərbaycana təsir rıçaqlarına malik olmaq istərdilər. Buna görə də Paşinyan rejimi bu gün kəşfiyyat, maddi-texniki və hərbi dəstək alır. Ümumi götürsək, Ermənistan gücləndirilir və bu, yalnız bir məqsəd - Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasının qarşısını almaq üçün edilir", - o bildirib.

Politoloq vurğulayıb ki, bu regiondan mühüm nəqliyyat dəhlizləri keçir, üstəlik, bölgə enerji ehtiyatları ilə də zəngindir.

"Əslində, Ermənistan qeyri-sabitlik mənbəyi olan bir növ Troya atı rolunu oynasa, Qərb üçün yaxşı olardı. Unutmayaq ki, Paşinyan ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenlə və Avropa İttifaqının nümayəndələri ilə görüşəndə orada faktiki olaraq Qərbin Cənubi Qafqazın bütün digər dövlətlərinin zərərinə Ermənistanı dəstəkləyəcəyinə dair razılaşmalar əldə olunub", - o qeyd edib.

Korotçenkonun sözlərinə görə, İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistanın demilitarizasiyası ilə bağlı tələblər ədalətlidir, lakin reallıqları da nəzərə almaq lazımdır.

"Reallıqlar isə elədir ki, sülhün ən yaxşı təminatı sülh müqaviləsi olacaq. Lakin Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. Onlar tam razılaşdırılmamış bir sıra məqamları önə çəkərək bunun sülh müqaviləsini əvəz edəcəyini söyləməyə çalışırlar. Bundan əlavə, Ermənistan Azərbaycan ərazisinə birbaşa iddiaları özündə əks etdirən Konstitusiyasına dəyişiklik istəmir", - Korotçenko bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            342 07.10.24 20:30