İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 321 nəfərdir.
MSK sədri diqqətə çatdırıb ki, 46 ölkədən olan beynəlxalq müşahidəçilər 39 qurumu təmsil edir.