Ramil Usubov və Sergey Şoyqu regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |     22:29 Türkiyə gələn il üçün müdafiə sənayesinə rekord məbləğdə vəsait ayırır  |     22:22 Neftçalada motosiklet kanala düşüb, ölən var  |     22:17 Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır  |    

Ramil Usubov və Sergey Şoyqu regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla da görüşüb.

Median.Az-
ın TASS-a istinadən məlumatına görə, bu barədə Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində keçirilən görüşləri şərh edərkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüşlərdə Qərbin Cənubi Qafqazda təhlükəsizliyin qurulması prosesinə müdaxilə cəhdləri müzakirə olunub.

"Məsələlərin geniş spektri - ilk növbədə Cənubi Qafqazda təhlükəsizlik, İrəvana təqdim edilən sülh sazişi, Qərbin bu prosesə müdaxilə etmək üçün çox fəal cəhdləri müzakirə olundu", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

Şoyqu əlavə edib ki, nəqliyyat layihələri, xüsusilə "Şimal-Cənub" dəhlizi də müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            450 06.08.24 19:04