COP29-un prezidenti Muxtar Babayev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
Bu barədə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Diplomat vurğulayıb ki, görüş Brazzavildə meşələrin salınması və bərpası üzrə birinci beynəlxalq konfrans çərçivəsində baş tutub.
“İqlim dəyişikliyi ilə mübarizə ölkələrimizin ikitərəfli tərəfdaşlığının prioritet istiqamətlərindən biridir”, - paylaşımda qeyd edilib.