Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |     11:08 Bakıda 15 yaşlı qız itkin düşüb  |     23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |    

Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB

Milli Məclisdə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilib.

APA-nın xəbərinə görə, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Macarıstan və Qırğızıstan nümayəndə heyətləri iştirak edib.

Toplantının gündəliyində xarici əlaqələr komitələrinin işinin əlaqələndirilməsi, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin dərinləşdirilməsi, eləcə də digər məsələlərin müzakirəsi daxil olub.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin birinci iclasında çıxışında Qazaxın uzun illərdir Ermənistanın işğalı altında olan dörd kəndinin diplomatik üsulla geri qaytarılmasını alqışlayıb və Azərbaycan xalqını təbrik edib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin də qısa zaman ərzində açılması vacib və olduqca əhəmiyyətlidir.

Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin Komitə sədri Yasemin Öztürk bildirib ki, bu yaxınlarda Azərbaycan parlamentində formalaşmış dostluq qrupu əlaqələrin daha da inkişafında mühüm rol oynayacaq. O, vurğulayıb ki, Şimali Kiprin müstəqillik mübarizəsi bütövlükdə Türk dünyasının mübarizəsidir.

Qazaxıstan Parlament Məclisinin Komitə sədri Aydos Sarım isə bildirib ki, son dövrlərdə irəli sürülən bütün təşəbbüslər Türk dövlətlərinin təşkilatlanmasını daha da artırmağa xidmət edir. Onun sözlərinə görə, türk dünyasında mövcud olan bu ittifaq beynəlxalq təşkilatlarda da ortaq mövqe sərgiləmək baxımından çox önəmlidir.

Qırğızıstan nümayəndə heyəti adından çıxış edən Joqorku Keneşin komitə sədri Leyla Lurova isə Qırğızıstan Prezidenti Sadır Japarovun Bakıya səfərinə toxunub. O bildirib ki, sözü gedən rəsmi ziyarət Azərbaycanla əlaqələrin yeni mərhələyə çıxarılması baxımından vacibdir.

Çıxışlarda TÜRKPA çərçivəsində tərəfdaşlıq münasibətləri də daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsindəki əlaqələrin genişləndirilməsinin regionda sülh və sabitliyi daha da möhkəmləndirəcəyinə inam ifadə olunub.

* * * * *

Bakıda səfərdə olan türk dövlətləri parlamentləri xarici əlaqələr komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər.


“Report” xəbər verir ki, onlar ermənilərin işğal dövründə bu ərazilərdə törətdikləri dağıntılara baxacaq, aparılan bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisində ilk dəfə türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin birinci iclası keçirilir.

* * * * *

Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin birinci iclası başlayıb.

“Report” xəbər verir ki, Milli Məclisdə keçirilən toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Macarıstan və Qırğızıstan nümayəndə heyətləri iştirak edirlər.

İclasın gündəliyinə xarici əlaqələr Komitələrinin işinin əlaqələndirilməsi, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin dərinləşdirilməsi, eləcə də digər mövzular daxildir.

Əvvəlcə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edib.

Ardınca türk dövlətlərinin parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin çıxışları, eləcə də Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erinin çıxışı planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 25.04.24 13:57