Ermənistan 8 kəndi qaytararsa, Bakı-İrəvan sülh danışıqları sürətlənər - RƏY » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Cəlilabadda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı  |     22:31 Məhkəmədə Kəlbəcərin işğalı zamanı ermənilərin mülki əhalini atəşə tutması ilə bağlı ifadə verilib  |     22:22 Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?  |     22:17 Magistraturanın SABAH qrupları ləğv olunur  |     22:09 9 uşaq bağçası açılacaq  |     22:03 13 yaşlı "ağ" haker "Microsoft"a necə kömək edir?  |     21:57 Ermənistan Rusiyaya nota verdi  |     21:52 Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi  |     21:45 "Range Rover"i içkili idarə etdi, məhkəməyə gəlmədi - Cəza verildi  |     21:39 Pulsuz dərman 80 manata... - TƏBİB Əməkdar artistə cavab verdi  |     21:31 Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi  |     21:25 Sabiq rəis elektron qolbaqda gəzəcək  |     21:16 "Reo-Med Tibb Mərkəzi"də yoxlama - Pozuntular aşkarlandı  |     21:11 Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı  |     21:04 Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?  |     20:59 Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)  |     20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |    

Ermənistan 8 kəndi qaytararsa, Bakı-İrəvan sülh danışıqları sürətlənər - RƏY

Ermənistan rəhbərliyi anlayır ki, Azərbaycana məxsus olan və hazırda işğal altındakı 8 kəndin geri qaytarılması zəruridir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O xatırladıb ki, 2020-ci ilin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanat imzalanıb və İrəvan üzərinə xeyli öhdəliklər götürüb.

Deputat söyləyib ki, lakin sonrakı müddətdə Ermənistan sənədin müddəalarına əməl etməyib, hər addımda onu pozub. Rəsmi Bakı isə dəfələrlə üçtərəfli bəyanatın tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb və müxtəlif beynəlxalq platformalarda, ikitərəfli və üçtərəfli görüşlərdə bu məsələni gündəmə gətirib:

“Ancaq təəssüf ki, Ermənistan siyasi rəhbərliyi qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və separatizmin dayandırılması ilə bağlı heç bir ciddi addım atmadı. Nəticədə Azərbaycan bir günlük antiterror tədbirlərini keçirmək məcburiyyətində qaldı. Antiterror tədbirləri Ermənistan üçün bir dərs olmalıdır. Baş nazir Nikol Paşinyanın son bəyanatları da yavaş-yavaş bunu dərk etdiklərini deməyə imkan verir.

Hökumət başçısının Azərbaycanın Qazax rayonu ilə sərhəddə yerləşən kəndlərdə əhali ilə görüş zamanı “müharibə olmaması üçün nə lazımdırsa, etməliyik” deməsi, onu göstərir ki, 8 kəndi geri qaytarmasalar, danışıqlar prosesinə kölgə salacaqlarını bilirlər”.


N.Həmzəyevin fikrincə, Ermənistan tərəfindən əvvəl 4 kəndin, növbəti mərhələdə qalan 4 kəndin geri qaytarılması İrəvan-Bakı danışıqlarına müsbət təsir göstərə bilər:

“Bütövlükdə 8 kəndimizin qaytarılması qarşılıqlı inamın bərpasına şərait yarada və sülhə yaxınlaşmağımıza imkan verə bilər. Düşünürəm ki, Nikol Paşinyan hökuməti bununla bağlı işlər görür. Ancaq Ermənistanın daxilində bu kəndlərin geri qaytarılmasını istəməyən, revanşist qüvvələr də var. Həmçinin, sülhün baş tutmasını əngəlləməyə çalışan xarici qüvvələr də mövcuddur. Hazırda regionda çox fərqli ssenarilər əsasında proseslər cərəyan edir. Nəticə etibarı ilə bu, proseslərin daha da uzanmasına gətirib çıxara bilər. Ona görə də Azərbaycan diplomatik təsir vasitələrini daha da gücləndirməli, sülhə məcbur etmə siyasəti həyata keçirilməli və kəndlərin geri qaytarılmasına ən qısa zamanda nail olmalıdır”.

Qeyd edək ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır. Bunlar Qazax rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndləridir. Bunlardan 4-ü - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri eksklav hesab olunur. Digər 4 kənd isə anklavdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            651 25.03.24 20:59