Milli Məclisin xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışını Bəxtiyar Vahabzadənin şeiri ilə yekunlaşdırıb.
Ərdoğan parlament kürsüsündən Bəxtiyar Vahabzadənin “Azərbaycan, Türkiyə” şeirini səsləndirib:
“Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan - Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan - Türkiyə”.