Cənubi Qafqazda Azərbaycanla Ermənistanın rifahını təmin edəcək dayanıqlı sülhü Fransa ilə birlikdə dəstəkləyə bilərik.
Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın "L'Opinion" qəzetində dərc olunan məqaləsində yazıb.
O bildirib ki, tarixin siyasi məqsədlər üçün istifadə olunması və təhrifi heç bir zaman ədalətin bərpa olunmasımı təmin etməyib:
"Əgər radikal ermənilərin əsassız tələblərinin Türkiyə-Fransa münasibətlərinə xələl gətirməsinin qarşısı alınarsa, iki ölkə birgə səylərlə Cənubi Qafqazın firavanlığı üçün daha çox töhfə verə bilər".