Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Azərbaycana səfər edəcək.
Bununla bağlı Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda məlumat verib.
O bildirib ki, səfər zamanı Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, altıncı iclası keçiriləcək.