Bakı xoş niyyətini nümayiş etdirərək üç erməni hərbçini sərbəst buraxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Meymunçiçəyi indi də Belçikada  |     22:48 Gəncədə motosiklet maşınla toqquşdu - Xəsarət alan var  |     22:20 Gündə 12 saatdan çox günəş: Qış tətili üçün dünyanın ən isti 10 yeri  |     22:07 “Qarabağ”ın oyununun yeri dəyişdirildi  |     21:44 Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     21:33 Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu  |     21:15 Eyfel qülləsində texniki nasazlıq baş verib  |     21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |    

Bakı xoş niyyətini nümayiş etdirərək üç erməni hərbçini sərbəst buraxdı

Caliber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti dəfə nümayiş etdirdiyi humanizmə və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib.

Həmin şəxslər yaxın saatlarda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan istiqamətində uçuş edəcək hərbi təyyarə ilə İrəvana çatdırılacaqlar.

Azad olunan şəxslər bunlardır: Rovert Vardanyan, Şuxyan Samvel, Tamrazyan Seyran.

İstintaq prosesi çərçivəsində Ermənistan vətəndaşları olan bu şəxslərin Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib.

Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən humanizm prinsipləri ilə cavab verilmir.

Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də gizlədir. Minalanmış ərazilər mülki və hərbi şəxslərin ölümü və yaralanması ilə nəticələnir.

Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində Ermənistan tərəfindən məlumat verilmir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Belə məzarlıqlardan biri Kəlbəcərin Başlıbel kəndində müəyyən edilib.

Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdə əsirlikdə olduğu və sağlığı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsbit edilmiş və müxtəlif yazışmalar aparılmış Azərbaycan vətəndaşları barəsində Ermənistan hələ də məlumat vermir. Yəqin ki, həmin şəxslər işgəncələrlə öldürülüblər. Amma Ermənistan onlar barəsində hər hansı məlumat verməkdən boyun qaçırır.

Ona görə də Ermənistan hansı əsaslarla humanizmdən danışır və hətta bu əsaslarla Azərbaycana qarşı iddialar irəli sürür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 311 04.05.21 18:16