Korotçenko: “Ermənilər Ağdamda Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Meymunçiçəyi indi də Belçikada  |     22:48 Gəncədə motosiklet maşınla toqquşdu - Xəsarət alan var  |     22:20 Gündə 12 saatdan çox günəş: Qış tətili üçün dünyanın ən isti 10 yeri  |     22:07 “Qarabağ”ın oyununun yeri dəyişdirildi  |     21:44 Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     21:33 Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu  |     21:15 Eyfel qülləsində texniki nasazlıq baş verib  |     21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |    

Korotçenko: “Ermənilər Ağdamda Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar”

“Ağdamda elə bir hiss yaranır ki, sanki burada atom bombası partlayıb. Dağıdılmış Ağdam məhv edilmiş Xirosima və Naqasakini xatırladır”.

Bunu “Report”a Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya nümayəndə heyətinin Ağdama səfəri zamanı bildirib.

“Ermənilər burada Azərbaycan xalqına qarşı nifrət bombasını partladıblar. Dağıntıların miqyası insanı sarsıdır. Yəqin ki, yer üzündə vandalizmin, nifrətin və düşmənçiliyin miqyasının bu qədər aşkar şəkildə göründüyü başqa bir yer yoxdur. Bu, hərbi cinayətdir. Ermənistanın siyasi liderləri buna görə hərbi tribunalda cavab verməlidirlər. Bunu bağışlamaq mümkün deyil. Ermənistanın birinci və ikinci Qarabağ müharibələrini başladan və 1 milyondan çox azərbaycanlını öz torpaqlarından qovan siyasi liderləri cinayətlərinə görə cavab verməlidirlər”, - İ.Korotçenko deyib.

Onun fikrincə, azad edilmiş torpaqları bərpa etmək və Azərbaycan xalqının mənəvi yaralarını sağaltmaq üçün on illər lazım olacaq.

“Bunun üçün Azərbaycanın siyasi iradəsi var. Əminəm ki, bir müddət sonra azad edilmiş torpaqlar yenidən Azərbaycanın incisinə çevriləcək. Azərbaycan xalqı çox zəhmətsevərdir və bərpa işləri aparacaq. Bu, ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş azərbaycanlıların şərəfinə ucaldılmış ən yaxşı abidə olacaq”, – o deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 128 01.05.21 18:27