Azərbaycan və Türkiyə qondarma erməni soyqırımının ifşası üçün sistemli mübarizə aparacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Meymunçiçəyi indi də Belçikada  |     22:48 Gəncədə motosiklet maşınla toqquşdu - Xəsarət alan var  |     22:20 Gündə 12 saatdan çox günəş: Qış tətili üçün dünyanın ən isti 10 yeri  |     22:07 “Qarabağ”ın oyununun yeri dəyişdirildi  |     21:44 Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     21:33 Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu  |     21:15 Eyfel qülləsində texniki nasazlıq baş verib  |     21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |    

Azərbaycan və Türkiyə qondarma erməni soyqırımının ifşası üçün sistemli mübarizə aparacaq

Türkiyəli və azərbaycanlı jurnalistlərin “Saxta erməni soyqırımının gerçək üzü” adlı birgə konfransı keçirilib.

“Report”un məlumatına görə, “Global Journalism Council” tərəfindən təşkil edilən konfransın moderatoru təşkilatın beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı olub. Tədbirdə “Council”ın sədri Mehmet Ali DİM, Azərbaycan və Türkiyənin 30-a yaxın jurnalisti, ekspertlər iştirak ediblər.

Onlayn şəkildə təşkil edilən konfransa ”Global Journalism Council”ın sədr müavini İsmail Bayazıt, İdarə Heyətinin üzvü Aynur Tattersall, Ənənəvi Media Məclis sədri Buse Biçer Xarici Media Məclis sədrinin müavini Benan Kepsutlu, Məsləhətləşmə Şurasının üzvü Hakan Akbaş, qurum üzvləri Ahmet Coşkunaydın və Canan Ekici ilə yanaşı, tanınmış təhsil eksperti, Sosial Media, Elektron Təhlükəsizlik və Təhsil Araşdırma Dərnəyi (SODİMER) sədri, professor Levent Eraslan da qatılıblar.

Deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev və Anadolu Universitetinin professoru Levent Eraslan çıxış edərək, tədbir iştirakçılarını erməni yalanlarının, saxta erməni soyqırımının tarixi kökləri haqqında məlumatlandırıblar.

C.Feyziyev tarixi faktlara əsaslanaraq, ermənilərin iddialarının əsassız olduğunu vurğulayıb. Deputat sosial şəbəkələrdə bununla bağlı görülməli işlərə xüsusi diqqət ayrılmalı olduğunu qeyd edib.

O, həmçinin Xocalı soyqırımı ilə bağlı filmlərin çəkilməsi, ən yüksək səviyyədə soyqırımının dünyaya tanıdılması üçün silsilə addımların tərəfdarı olduğunu deyib.

Levent Eraslan isə gənclərin qondarma erməni soyqırımının ifşası istiqamətində görə biləcəyi işlər, sosial mediada bununla bağlı atılmalı addımlar haqqında fikirlərini bölüşüb.

Toplantıda hər il 24 aprel ərəfəsində Türkiyənin, Azərbaycanın və ümumilikdə Türk dünyasının Amerika Birləşmiş Ştatlarının rəhbər strukturlarında aparılan müzakirələrə fokuslandığı diqqətə çatdırılıb. Bununla bağlı hər il bu tarixdə qabaqlayıcı işlərin görülməli olduğu bildirilib. Qərara alınıb ki, bu istiqamətdə sistemli şəkildə işə başlansın.

Tədbirdə bu məsələ ilə bağlı azərbaycanlı və türkiyəli jurnalistlərin daha böyük heyətdə müzakirələr aparması, davamlı görüşlərin keçirilməsi, xarici jurnalistlərin cəlb olunması qərara alınıb.

Konfrans Türkiyənin “DİM” Televiziyası və “MediaTürk TV”nin efirində canlı yayımlanıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            630 22.04.21 23:21