Sahibə Qafarova İtaliya Senatının komissiya sədri ilə görüşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:45 Tiktoker qardaşlar da həbs olundu  |     20:30 Təyyarə son yoxlamadan nə vaxt keçmişdi? - RƏSMİ AÇIQLAMA  |     20:06 Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub  |     19:55 Təyyarə qəzasında ölənlərin sayı açıqlandı  |     19:36 Azər Zahid HƏBS EDİLDİ  |     19:15 Qəzaya uğrayan Azərbaycan təyyarəsində iki çeçenistanlı uşaq olub  |     19:10 Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş  |     18:47 Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan mühafizəçinin məhkəməsi: "Burnu qanayırdı"  |     18:39 Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili tibbi yardım briqadası hazır vəziyyətə gətirildi  |     18:04 Azərbaycanda sabiq deputat vəfat etdi  |     17:23 İmişlidə istixana yanır  |     16:52 Azərbaycanda matəm elan olundu  |     16:21 AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanıldı - FOTO  |     16:15 Azərbaycan rəsmiləri Qazaxıstanda təyyarə qəzasının baş verdiyi əraziyə gediblər  |     16:12 Astana sakinləri Azərbaycan səfirliyinə gül dəstələri gətirirlər  |     15:58 Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər (YENİLƏNİR)  |     15:56 Maqnit qasırğası gözlənilir: Neçə gün davam edəcək?  |     15:54 Aleksandr Lukaşenko təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə başsağlığı verdi  |     15:46 Maştağada evlərdən 24 minlik oğurluq edənlər tutuldular  |     15:38 AZAL təyyarə qəzası ilə bağlı brifinq keçirib - VİDEO  |    

Sahibə Qafarova İtaliya Senatının komissiya sədri ilə görüşüb

Aprelin 12-də Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker bu səfərin parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

O, tarixən qədim köklərə malik olan Azərbaycanla İtaliya arasında əməkdaşlığın ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.

Qeyd olunub ki, münasibətlərin hazırki yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rolu olmuşdur. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir.

Milli Məclisin sədri bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələr geniş ictimaiyyətə yaxşı məlumdur.

“Bu cür layihələr ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb. Bu gün ölkələrimizin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Qarşılıqlı həyata keçirilən yüksək səviyyəli səfərlər bu əlaqələrin daha da dərinləşməsinə imkan verir”.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında da qonağa məlumat verən spiker vurğulayıb ki, həmin dövrdə bir çox italiyalı parlamentari Azərbaycanın bu haqq işinə öz dəstəklərini ifadə ediblər.

Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri tamamilə dağıdıb.

“Çox təəssüf ki, Ermənistan yenə də cinayətkar fəaliyyətdən əl çəkmir və bütün çağırışlara baxmayaraq, növbəti dəfə hərbi cinayət törədir, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Hesab edirəm ki, bu hərbi cinayətin qarşısının alınması üçün sülh və təhlükəsizliyi təhdid edən bu addıma qarşı beynəlxalq ictimaiyyət də öz mövqeyini ortaya qoymalıdır”.

Azərbaycanla İtaliya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirən Vito Petroçelli xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            645 12.04.21 17:36