Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Prezident İlham Əliyevi təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Meymunçiçəyi indi də Belçikada  |     22:48 Gəncədə motosiklet maşınla toqquşdu - Xəsarət alan var  |     22:20 Gündə 12 saatdan çox günəş: Qış tətili üçün dünyanın ən isti 10 yeri  |     22:07 “Qarabağ”ın oyununun yeri dəyişdirildi  |     21:44 Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     21:33 Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu  |     21:15 Eyfel qülləsində texniki nasazlıq baş verib  |     21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |    

Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Prezident İlham Əliyevi təbrik edib

Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını işğal altında olan torpaqlarınızın, xüsusilə də noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mən ölkənizə səfərlərim zamanı məcburi köçkünlərlə görüşlər keçirən bir şəxs kimi Şuşanın azad edilməsinin xalqınız üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirəm. Şuşanın işğaldan azad edilməsinin Azərbaycanın noyabrın 9-da qeyd etdiyi Dövlət Bayrağı Gününə təsadüf etməsi həqiqətən də əlamətdar hadisədir.

Mən tam əminəm ki, Sizin rəhbərliyinizlə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyi kimi əvvəlki şöhrətini bərpa edəcək. Biz Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri olaraq tarixi Şuşa şəhərinə səfər etməkdən şərəf hissi duyardıq.

Biz, həmçinin üçtərəfli razılaşmaya əsasən Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam və qeyd-şərtsiz çıxarılması barədə bəyanatı da ürəkdən alqışlayırıq.

Cənab Prezident, müharibənin fəal fazasında təmkin və qətiyyət nümayiş etdirməyiniz hamı tərəfindən yüksək qiymətləndirilir. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha bəyan edirik. Biz azərbaycanlı məcburi köçkünlərinin öz doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            717 13.11.20 21:43