Putin Qarabağla bağlı Rusiya XİN-ə taşırıq verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Meymunçiçəyi indi də Belçikada  |     22:48 Gəncədə motosiklet maşınla toqquşdu - Xəsarət alan var  |     22:20 Gündə 12 saatdan çox günəş: Qış tətili üçün dünyanın ən isti 10 yeri  |     22:07 “Qarabağ”ın oyununun yeri dəyişdirildi  |     21:44 Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     21:33 Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu  |     21:15 Eyfel qülləsində texniki nasazlıq baş verib  |     21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |    

Putin Qarabağla bağlı Rusiya XİN-ə taşırıq verdi

Prezident Vladimir Putin Rusiya XİN-ə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT strukturları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT və UNESCO-nu məlumatlandırmağa davam etməyi tapşırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya Prezidenti həmçinin XİN rəhbəri Sergey Lavrova Rusiyanın ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarına və beynəlxalq təşkilatlara Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məlumat verməyi tapşırıb.

Öz növbəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edərək bildirib ki, Moskva Dağlıq Qarabağla bağlı əldə edilmiş razılaşmalarla bağlı ABŞ və Fransanı məlumatlandırıb.

“Biz həmkarlarımızı, ilk növbədə bizimlə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanı ətraflı məlumatlandırdıq. Mən Fransanın Xarici İşlər naziri ilə danışdım, vəziyyəti və göstərdiyimiz səyləri ətraflı açıqladım. Biz həmçinin amerikalı həmkarlarımızla da danışmışıq. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası Rusiya tərəfindən göstərilən və noyabrın 9-da razılaşmanın imzalanmasına imkan verən bütün səylər barədə tamamilə məlumatlandırılıb”, - deyə S.Lavrov bildirib .

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağda humanitar problemlərin həlli üzrə keçirdiyi iclasda Müdafiə Naziri Sergey Şoyqu, XİN rəhbəri Sergey Lavrov, FTX rəhbəri Aleksandr Bortnikov, FHN rəhbəri Yevgeni Ziniçev iştirak ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            591 13.11.20 20:45