“Noyabrın 10-da ölkəmizin tarixində yeni bir səhifə açıldı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O bildirib ki, qardaş Tükiyə hər zaman olduğu kimi, Vətən Müharibəsi zamanında da yanımızda oldu:
“Bir millət, iki dövlət ifadəsi əbəs yerə deyilməyib. Dövlətlərimiz arasında olan qardaşlıq və dostluq münasibətləri bir daha bütün dünyaya nümayiş olundu”.