“Azərbaycan xalqı böyük qələbənin sevincini yaşayır. İşğalçı Ermənistan təslim olmağa məcbur edilib”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
“Təəssüf ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə şəhidlər verdik. Bu gün Azərbaycan bayrağı işğaldan azad olunan ərazilərimizdə dalğalanır”, - spiker qeyd edib.