Ərdoğanla Putin Qarabağ məsələsini müzakirə etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Meymunçiçəyi indi də Belçikada  |     22:48 Gəncədə motosiklet maşınla toqquşdu - Xəsarət alan var  |     22:20 Gündə 12 saatdan çox günəş: Qış tətili üçün dünyanın ən isti 10 yeri  |     22:07 “Qarabağ”ın oyununun yeri dəyişdirildi  |     21:44 Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     21:33 Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu  |     21:15 Eyfel qülləsində texniki nasazlıq baş verib  |     21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |    

Ərdoğanla Putin Qarabağ məsələsini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə "Haber Global” məlumat yayıb.

Telefon söhbətində liderlər Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ və Suriya məsələlərini müzakirə ediblər.

Ərdoğan telefon danışığı zamanı Dağlıq Qarabağ mövzusunda ötən gecə davamlı həllə gedən yolda düzgün bir addım atıldığını vurğulayıb.

Türkiyə və Rusiyanın birlikdə böyük töhfə verdiyi bu önəmli fürsətin hədər edilmədən ədalətli və davamlı sülhlə bölgədə əmin-amanlığın təmin edilməsi üçün istifadəsinin vacibliyini vurğulayan Prezident Ərdoğan mövcud vəziyyətdə ən vacib məqamın Ermənistanın atəşkəsə və birgə bəyanatda göstərilən öhdəliklərə əməl etməsinin olduğunu bildirib.

R.T. Ərdoğan qeyd edib ki, Türkiyə də Ermənistanın işğalından azad edilmiş torpaqlarda Azərbaycan tərəfindən müəyyən ediləcək ərazidə yaradılacaq Ortaq Mərkəz vasitəsilə Rusiya ilə birlikdə atəşkəs üçün müşahidə və nəzarət fəaliyyəti icra edəcək. Türkiyə lideri bu baxımdan Rusiya tərəfinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Türkiyə Prezidenti R.T.Ərdoğan Ermənistanın işğalı səbəbilə Qarabağı tərk etməyə məcbur qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasının vacibliyini xüsusi vurğulayıb.

Dağlıq Qarabağın regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya əməkdaşlığının önəmini göstərdiyini bildirən R.T.Ərdoğan eyni əməkdaşlıq ruhunun Suriya böhranı üçün də təşkilinin vacib olduğunu və burada da bənzər bir mexanizm qura biləcəklərini qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            831 10.11.20 22:58