Rusiya Federasiyasının Xarici İşlər naziri Serqey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Dağlıq Qarabağdakı vəziyyəti telefonla müzakirə edib.
Bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Nazirimiz rusiyalı həmkarı Sergey Lavrovla telefon danışıqları apardı. Tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər”, - deyə mənbədən agentliyə bildirilib.