Avropa Şurası Platformasının fransalı jurnalistin ermənilər tərəfindən təhqir olunması ilə bağlı MƏRUZƏSİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Meymunçiçəyi indi də Belçikada  |     22:48 Gəncədə motosiklet maşınla toqquşdu - Xəsarət alan var  |     22:20 Gündə 12 saatdan çox günəş: Qış tətili üçün dünyanın ən isti 10 yeri  |     22:07 “Qarabağ”ın oyununun yeri dəyişdirildi  |     21:44 Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     21:33 Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu  |     21:15 Eyfel qülləsində texniki nasazlıq baş verib  |     21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |    

Avropa Şurası Platformasının fransalı jurnalistin ermənilər tərəfindən təhqir olunması ilə bağlı MƏRUZƏSİ

Jurnalizmin Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi üzrə Avropa Şurası Platforması Fransa televiziya kanalı TF1-in müxbiri Liseron Budulun 22 oktyabrda Dağlıq Qarabağdakı vəziyyətlə bağlı reportaj yayımladıqdan sonra sosial şəbəkələrdə təhqir olunmasına dair məruzə hazırlayıb.

Məruzədə deyilir:

“Reportajda cəbhənin Azərbaycan tərəfindəki gündəlik həyatı göstərilib. Axşam bülletenində yayımlandıqdan qısa müddət sonra Budul bir neçə gün davam edən nifrət və təhqir axını ilə üzləşib.

Şərhlərdən birində o, “soyqırım fahişəsi” adlandırılıb. Şəxsi telefon nömrəsini almağa müvəffəq olan bir nəfərdən “WhatsApp”da bir mesaj da alıb. TF1-ə gələn elektron ünvanları, telefon zəngləri və sosial mediadakı mesajlarla da təqib olunub.

Bir “Facebook” şərhində deyilir: “TF1-in yüksək səviyyəli işçilərinin bir neçəsinin başını kəsməklə daha yaxşı və daha aydın düşünmələri mümkündür”.

23 oktyabrda erməni icmasının 300 üzvü TF1-in Parisdəki mənzil-qərargahının qarşısında telekanalın qərəzli yayımları kimi qəbul etdiklərinə etiraz olaraq nümayiş keçirib. Kanal hesabatı veb saytından çıxarmaq qərarına gəlib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            717 04.11.20 19:55