Ərdoğan: “Türkiyə Bakı-Tbilisi-Qars layihəsi ilə Londondan Çinə dəmir yolu bağlantısı qurub” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Meymunçiçəyi indi də Belçikada  |     22:48 Gəncədə motosiklet maşınla toqquşdu - Xəsarət alan var  |     22:20 Gündə 12 saatdan çox günəş: Qış tətili üçün dünyanın ən isti 10 yeri  |     22:07 “Qarabağ”ın oyununun yeri dəyişdirildi  |     21:44 Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     21:33 Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu  |     21:15 Eyfel qülləsində texniki nasazlıq baş verib  |     21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |    

Ərdoğan: “Türkiyə Bakı-Tbilisi-Qars layihəsi ilə Londondan Çinə dəmir yolu bağlantısı qurub”

“Samsun-Sivas dəmir yolu xətti logistika nəqliyyatının inkişafına əhəmiyyətli töhfə verəcək”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun-Sivas dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatması ilə bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ticarət baxımından Qara dənizinin qapılarını Anadoluya açan bu dəmir yolu xətti logistik nəqliyyatda yeni bir impuls olacaq: “Bu sərmayə Samsunun regional hab olaraq mövqeyini gücləndirəcək və burada yaşayan əhaliyə biznes və iqtisadi imkanlar yaradacaq. Layihə çərçivəsində Samsun ilə Sivas arasındakı 431 kilometrlik dəmir yolu xətti bütün infrastrukturu və üst quruluşu ilə yenilənib və hal-hazırda Türkiyənin bütün dəmir yolu infrastrukturu modernləşdirilib”.

Prezident əlavə edib ki, Türkiyə sürət qatarlarının istifadəsi baxımından dünyada səkkizinci, Avropada isə altıncı yerdə qərarlaşıb.

O, Türkiyənin yük və sərnişin daşımalarının birlikdə həyata keçirə biləcək sürətli qatar xətlərinin də inşa etdiyini söyləyib.

Prezident vurğulayıb ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi strateji layihələrlə Türkiyə Londondan Çinə fasiləsiz dəmir yolu bağlantısı qurub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            720 02.11.20 21:03