Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Ermənistanın Bərdə şəhərində dinc əhalini atəşə tutmasına münasibət bildirib.
Bu barədə Fuad Ələsgərov “Twitter” hesabında yazıb.
“Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Bərdə şəhərindəki hədəflərini açıqladı və bununla da şəhərə iki gün ərzində endirilən raket hücumlarını qəbul etdi. Dinc əhaliyə açıq şəkildə böyük əzablar verildi, 25 nəfər öldürüldü, 70-dən çox yaralı var. Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz”, - deyə F.Ələsgərov bildirib.
Ministry of Defense of Armenia has declared the targets in #Barda city of #Azerbaijan, thus admitting two days missile attacks against this city. Tremendous sufferings were inflicted explicitly on civilians, 25 killed, more than 70 wounded. There can be no excuse for #WarCrimes.
— Fuad Alasgarov (@AlasgarovFuad) October 29, 2020