Şose-dairəvi motoyürüş üzrə 9 qat dünya çempionu Valentino Rossi koronavirusa yoluxub.
Bu barədə 41 yaşlı idmançının özü şəxsi "Twitter" səhifəsində açıqlama yayıb. İtaliyalı motosikletçi bu gün səhər özünü pis hiss etdiyini bildirib. Rossi testlərindən ikincisinin müsbət nəticə verdiyini söyləyib. O, həftəsonu Araqona Qran-prisini buraxacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Valentino Rossi bu mövsüm dünya çempionatında hələlik 13-cü yerdə gedir.