XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |     17:01 Prezident nəvələrinə COP29-da iştirakına görə təşəkkürnamə verdi - FOTO  |     16:49 Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu  |     16:42 Havaydakı Kilauea vulkanı aktivləşib  |     16:14 Tələbə kartının üstünlükləri nələrdir? (AÇIQLAMA)  |     16:09 Cəlilabadda hotel yanır  |     15:41 Hikmət Mirzəyev Bayraktaroğluyla görüşdü  |     15:27 Bahalaşmaqda hətta bitkoini belə geridə qoyan məhsulun adı açıqlandı  |     15:20 Suriyaya Rusiya bazalarını təxliyə etmək üçün gedən gəmi batdı  |     15:17 Bakıda yumurta bahalaşıb? (AÇIQLAMA)  |     15:09 Rusiyalı politoloq: "Bakı Putin və Trampın görüşünün keçirilməsi məkanı üçün əsas namizəddir"  |     14:37 Saxlanılan tiktokerlərə sponsorluq edənlər də cinayət məsuliyyəti daşıyır? - FOTO  |     13:55 Kür çayı can aldı  |     13:17 Arvadını boğaraq öldürən şəxs: "Telefonda başqa şəxslə danışanda tutdum"  |     13:15 İran Suriyaya bütün aviareysləri dayandırdı  |     13:00 "TikTok"da əxlaqsızlığı təbliğ edənlərə qarşı əməliyyat: Şairə İlhamə Elşadqızı da saxlanıldı  |     12:44 Nəriman Axundzadə ilin ən yaxşı futbolçuları SİYAHISINDA  |     12:38 İnternet vasitəsi ilə qumar oyunları təşkil edən qardaşlara hökm oxundu  |     12:31 Nişan günü qan töküldü: Arvadının başını kəsdi - Ötən gün baş verən qətlin təfərrüatı (VİDEO)  |     12:17 Bu tarixdə günəşə rekord yaxınlıq baş verəcək  |    

XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 15 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycanın sıx məskunlaşmış yaşayış yerlərini və mülki şəxslərini məqsədyönlü atəşə tutmağa davam etməsi, səhər saatlarından etibarən, Azərbaycanın Ağdam, Ağcabədi, Goranboy və Tərtər rayonlarının artilleriya atəşinə məruz qalması ilə bağlı açıqlama verib.

XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumatda deyilir:

“Məqsədli şəkildə Azərbaycanlı mülki şəxsləri hədəfə alaraq, dinc insanların hər hansı fərq qoyulmadan qətl edilməsi halı olan bu akt, Ermənistanın törətdiyi növbəti barbarlıq və insanlıq əleyhinə cinayətidir.

Ermənistan tərəfindən humanitar atəşkəsin kobudcasına pozulması bir daha onu nümayiş etdirir ki, bu ölkə münaqişənin siyasi həllində maraqlı deyil və Azərbaycana qarşı təcavüz siyasətini davam etdirmək məqsədi güdür.

Ermənistanın təcavüzkar siyasətini və bu ölkənin təcavüzü zamanı törətdiyi müharibə cinayətlərini qətiyyətlə pisləyirik. Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərə hörmət etməyi tələb edirik.

Humanitar atəşkəsə sadiq olduğumuzu qeyd edərək, Azərbaycanın öz mülki əhalisini müdafiə etmək suveren hüququnu özündə saxladığını bəyan edirik”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda dəfn mərasimi zamanı qəbirstanlığı bilərəkdən atəşə tutması nəticəsində 4 mülki şəxs həyatını itirib, 5 nəfər isə ciddi xəsarət alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            681 15.10.20 21:51