İsrailin keçmiş prezidenti İlham Əliyevə məktub göndərib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |     17:01 Prezident nəvələrinə COP29-da iştirakına görə təşəkkürnamə verdi - FOTO  |     16:49 Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu  |     16:42 Havaydakı Kilauea vulkanı aktivləşib  |     16:14 Tələbə kartının üstünlükləri nələrdir? (AÇIQLAMA)  |     16:09 Cəlilabadda hotel yanır  |     15:41 Hikmət Mirzəyev Bayraktaroğluyla görüşdü  |     15:27 Bahalaşmaqda hətta bitkoini belə geridə qoyan məhsulun adı açıqlandı  |     15:20 Suriyaya Rusiya bazalarını təxliyə etmək üçün gedən gəmi batdı  |     15:17 Bakıda yumurta bahalaşıb? (AÇIQLAMA)  |     15:09 Rusiyalı politoloq: "Bakı Putin və Trampın görüşünün keçirilməsi məkanı üçün əsas namizəddir"  |     14:37 Saxlanılan tiktokerlərə sponsorluq edənlər də cinayət məsuliyyəti daşıyır? - FOTO  |     13:55 Kür çayı can aldı  |     13:17 Arvadını boğaraq öldürən şəxs: "Telefonda başqa şəxslə danışanda tutdum"  |     13:15 İran Suriyaya bütün aviareysləri dayandırdı  |     13:00 "TikTok"da əxlaqsızlığı təbliğ edənlərə qarşı əməliyyat: Şairə İlhamə Elşadqızı da saxlanıldı  |     12:44 Nəriman Axundzadə ilin ən yaxşı futbolçuları SİYAHISINDA  |    

İsrailin keçmiş prezidenti İlham Əliyevə məktub göndərib

2007-ci ildə İsrailin Prezidenti, 2006-2009-cu illərdə Knessetin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri,

Bu çətin dövrdə Sizə dəstəyimizi ifadə edir və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrini bir daha vurğulayıram.

Son günlərdə mülki insanların qətlə yetirilməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir.

Hazırda gözəl ölkəniz yeni çağırışla üz-üzədir. Ancaq təcrübəmiz bizə inanmağı və heç vaxt qorxmamağı öyrədib. Əminəm ki, uğurlu rəhbərliyiniz və müdrikliyiniz sayəsində Siz xalqınızı doğru yolla irəliyə aparacaq, bununla da hamı üçün sülhü və firavanlığı təmin edəcəksiniz.

Hörmətli cənab Prezident, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurlu fəaliyyətini vurğulamaq istərdim. Mərkəzimiz nüfuzlu həmsədrləri, fəal və yaradıcı baş katibi ilə birlikdə hər zaman tolerantlığı, dialoqu, anlaşmanı və birgəyaşayışı təşviq edən qabaqcıl quruma çevrilməyə çalışır. Biz mərkəzdə bu məsələ ilə bağlı fikirlərimizi bölüşmək üçün mütəmadi görüşlər keçiririk".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            777 13.10.20 19:06