Azərbaycanın millət vəkilləri Bolqarıstanda erməni təxribatının qarşısını alıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |    

Azərbaycanın millət vəkilləri Bolqarıstanda erməni təxribatının qarşısını alıblar

Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə düşüb.

Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə məlumat verib. O bildirib ki, Ermənistandan olan bir deputat çıxışında “Arsax”da “demokratik seçki keçirildiyini” elan edib.

“Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədarətindən Ermənistan deputatının siyasi provokasiyasının qarşının alınmasını tələb etdim. Bildirdim ki, heç bir “Arsax” yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistan işğalçı rejimi var. Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Ermənistan daima beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir”, - deyə A.Mirzəzadə bildirib.

Deputat eyni zamanda qeyd edib ki, Azərbaycan öz torpaqlarının işğalına dözməyəcək, diplomatik və ya hərbi yolla torpaqlarımızı mütləq azad edəcəyik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 394 20.11.19 23:46