BMT Baş katibinin humanitar məsələlər üzrə elçisi, Küveyt əmirinin müşaviri Abdullah Mətuq əl-Mətuq Azərbaycana səfərə gəlib.
Median.Az "Report"a istinadən xəbər verir ki, o, Bakıda keçiriləcək Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edəcək.
Səfər çərçivəsində Abdullah Mətuq Əl-Mətuqla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında görüş təşkil ediləcək.
Görüşdə qonağa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq.