Elmar Məmmədyarov: "Azərbaycan sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyasına çevrilib" » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:06 Gədəbəydə avtomobil maneəyə çırpılıb: Xəsarət alan var  |     14:55 Magistral su xəttində QƏZA - Bakının bu ərazilərində su kəsiləcək  |     14:36 Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar  |     13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |     13:37 Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi  |     13:32 Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ  |     13:25 Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi  |     13:22 Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"  |     13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |    

Elmar Məmmədyarov: "Azərbaycan sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyasına çevrilib"

"Dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan nəqliyyat xidmətlərini iqtisadiyyatımızın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək tranzit və ticarət potensialımızı yerinə yetirməyə çalışır. Bunu nəzərə alaraq, Azərbaycan “Trans-Avropa” və “Trans-Asiya” dəmiryol şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək öz nəqliyyat infrastrukturunu şaxələndirir və modernləşdirir".

Median.Az
report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Antalyada keçirilən Nazirlər Şurasının 24-cü iclasında deyib.

Nazir bildirib ki, artıq Çin və Avropadan bir neçə logistika şirkətinin diqqətini cəlb edən "Bakı-Tbilisi-Qars" strateji magistral dəmir yolu, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyasına çevrilib.

"Çinin rəhbərlik etdiyi "Bir kəmər, bir yol" Təşəbbüsü üçün orta dəhliz qismində Transxəzər Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu, Əfqanıstanın potensialını açmaq üçün "Lapis Lazuli" ticarət yolu, həmçinin Şimal-Cənub və Cənub-Qərb ticarət dəhlizləri bütün İƏT regionunun tranzit potensialının artırılmasına yönəlmiş əsas infrastruktur layihələridir", - deyə nazir bildirib.

E.Məmmədyarov vurğulayıb ki, yalnız bu marşrutların xəritəsinə baxsanız bölgəmizdəki ticarət arteriyaları və damarları ilə bir-birinə bağlı olan şəbəkəni görə bilərsiniz: "Bu, ticarətin asanlaşdırılması üzrə canlı ambisiyamızdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 318 09.11.19 18:30