Əməkdar artist Lalə Məmmədova teleaparıcı Elçin Əlibəylinin onu tənqid etməsinə münasibət bildirib.
Median.Az xəbər verir ki, o, sosial şəbəkədə bu barədə paylaşım edərək, Əlibəylinin erməni mahnısı oxumağına eyham vurub:
"İllər boyu öz xalqıma, incəsənətimə vicdanla xidmət etdim, oxuduğum mahnıların nöqtə-vergülünə qədər ehtiyatla yanaşdım. Bəziləri kimi analarımızı gözüyaşlı qoyan, bir milyondan çox azərbaycanlını evindən didərgin salıb qaçqın edən bədxah ermənilərin dilində oxumadım".
Qeyd edək ki, E.Əlibəyli Murad Arifin "Popumuz var" adlanan "YouTube" layihəsində L.Məmmədovanın oxuya bilmədiyini, alimliyinin saxta olduğunu demişdi.