"Almaz ləkə götürməz. Əgər almaz təmizdirsə, heç cür çirkaba batırmaq olmaz. Bir ünvana naxoş söz demək üçün fikirləşin görün kimin övladıdır".
Bu sözləri Xalq artisti rafael Dadaşov "5/5" verilişində deyib. Proqrama müğənni qızı Səidə Dadaşova ilə birlikdə qatılan aktyor övladının ünvanına deyilən tənqidlərə münasibət bildirib:
"Baxın görün atası, hansı ad qoyub? Rafaeli sevirsinizsə, niyə qızımı ləkələyirsiz? Ona dəyən daş mənə də dəyir. O, ləkə götürmür, amma atası var. Məni ləkələmirsiz, bəs, övladımı niyə edirsiz? Niyə ona lazımsız sözlər deyirsiz?
Neçə dəfə məni evləndirib-boşandırmısız, kənarda uşaqlarım olduğunu demisiz. Mənim kimi tək sevgiyə inanan yoxdur. Bir sevgiyə inanmışam və sadiq qalmışam. İkincis evgiyə inanmıram".
Qeyd edək ki, Səidə ailəlidir və bir övladı var.