ATV və 106 FM-in sabiq aparıcısı, ailəsi ilə ABŞ-a köçüb orada “fashion” bloqerliklə məşğul olan Günel Hümbətova şəxsi “Facebook” hesabında paylaşımı ilə diqqət çəkib.
G.Hümbətova Nyu York küçələrində keçirilən gey paradda iştirak edərək çılpaq kişilərlə əlində “geylərin bayrağı” ilə fotolar çəkdirib.
Onun bu paylaşımlarına əsasən mənfi şərhlər yazılıb.
Qeyd edək ki, G.Hümbətova iş adamı Firuz Soliyevlə evlidir. Cütlüyün Josefina adlı qız övladları var. Sabiq aparıcı uzun müddətdir ABŞ-da yaşayır.
/oxu.az/