"Elə hiss edirəm ki, uzun illər keçib. Amma oktyabrda bu verilişdən getdim. Mənim yaşadıqlarımı heç kim başa düşməz. Bizim özümüzə qalsaydı, heç vaxt bacarmazdıq. Evimə sahib olmaq üçün 20 il lazım idi mənə. Verilişdə göz yaşı tökəndə, gələcəyim üçün çalışırdım. Yaxşı ki, heç kimə cavab vermədim".
Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən verilişində deyib. Aktrisa proqrama çıxıb evinin ipoteka krediti üçün pul yığmasını təhqir edənlərdən danışıb:
"Məni çox əzdilər, təhqir etdilər, susdum və dözdüm. Bilirdim qarşıda daha ağırı gözləyir məni. Saçımı, qaşımı, kirpiyimi itirdim, amma dostlar qazandım. Sizin sayənizdə evimdə rahat otururam, düşünmürəm ki, bu ay necə olacağıq. Bir dəfə dedim ki, qəbir evinə qədər Zaura borclu olacam, şişirtdilər. Amma bu həqiqət idi.
Xəstəliyim sonradan çanağa, boğaza qədər yayıldı. İnanıram, düzələcək. 2 aydır maska ilə gəzirəm. Çətindir, bundan sonra aylarla qalacam. İstidir, dözə bilmirəm. Amma qanım aşağıdır deyə, maskanı çıxara bilmirəm".